Fransa Rusiyaya yeni səfir göndərdi

Fransa Rusiyaya yeni səfir
Dünya 01-04-2025 - 18:32

Fransanın yeni səfiri Nikola de Rivyer Rusiyaya gedib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Aprelin 1-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Fransa Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Nikola de Rivyerin etimadnaməsinin surətlərini qəbul edib”, - deyə diplomatik departamentdən bildirilib.

Martın 17-də Rusiya Fransanın Rusiya Federasiyasındakı yeni səfiri vəzifəsinə Fransanın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikola de Rivyerin namizədliyini təsdiqləyib. O, bu vəzifədə Fransanın Rusiyadakı müvəqqəti işlər vəkili Zahari Qrossu əvəz edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: