Nyu-Yorkda bıçaqla silahlanmış şəxs bir neçə nəfəri yaralayıb

Gündəm
06-04-2025 - 23:42
ABŞ-ın Nyu-York şəhərində bıçaqla silahlanmış kişi bir neçə nəfəri yaralayıb.
Ajans.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, yaralananlar arasında 8-16 yaş aralığında olan olan üç qız və bir qadın var.
Cinayətkar hadisə yerinə gələn polis əməkdaşlarına hücum etməyə cəhd edib, bir neçə güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.