Günəşdə güclü partlayış baş VERDİ
Bazar günü, dekabrın 29-u səhər Günəşdə güclü X nöqtəsi partlaması baş verib.
Ajans.az xəbər verir ki, bu barədə “Science daily” məlumat yayıb.
“Bu səhər Günəşdə yüksək dərəcəli X partlaması qeydə alınıb. Partlama səhər başlayıb”, - deyə alimlər qeyd edib.
Radiasiyanın pik həddi saat 10:18-də qeydə alınıb. Partlayış mərhələsi təxminən yarım saat davam edib.
Bildirilib ki, günəş aktivliyinin artması təxminən bir həftədir davam edir, lakin güclü alov yalnız indi baş verib.