Fərid Seyidova GENERAL rütbəsi verildi - DOSYE

Fərid Seyidova GENERAL rütbəsi verildi -
Gündəm 07-11-2024 - 17:24
 392

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Ajans.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Fərid Seyidov bu ilin may ayında  Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

O, əvvəllər Gəncə Hərbi Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə dair istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Bir müddət isə Qarabağ hərbi prokuroru vəzifəsini icra edib. Daha sonra Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb və may ayında həmin şöbənin rəhbəri təyin olunub.

Qeyd edək ki, Fərid Seyidov əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır.

PAYLAŞ: