Fələstinlilərin köçürülməsi saatlı bomba KİMİDİR - LAVROV

Fələstinlilərin köçürülməsi saatlı bomba
Lavrov
Dünya 26-02-2025 - 14:27

Fələstinlilərin Qəzza zolağından bütün Yaxın Şərqə dağıdılması saatlı bomba kimidir.

Ajans.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

Diplomat ABŞ prezidenti Donald Trampın son təklifindən sonra çıxış etmək qərarına gəlib. Bir gün əvvəl o bildirmişdi ki, Qəzza zolağında qalan hər kəs çıxarılaraq başqa ölkələrə yerləşdirilməli, regionun özü isə elit kurort halına salınmalıdır. Üstəlik, İsrailin baş naziri Benyamin Netanyahu Amerika liderinin ideyasını bəyənib.

Bununla belə, Lavrov bu məsələnin əks tərəfinin də olduğunu vurğulayıb. Diplomat əmindir ki, bu cür köçürmə gələcəkdə problemlərə gətirib çıxaracaq.

"Fələstinlilərin bütün bölgəyə köçürülməsi yalnız saatlı bomba yerləşdirəcək", - Lavrov deyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: