Fatma Mahmudovanın son durumu açıqlandı

Fatma Mahmudovanın son durumu
Fatma Mahmudova
Gündəm 31-01-2025 - 17:11

İnsult keçirən xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb.

Ajans.az xəbər verir ki, bu barədə Report-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır:

"Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

PAYLAŞ: