Fabrikdə güclü partlayış BAŞ VERDİ
Suriyanın Homs vilayətində fabrikdə partlayış baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Suriyanın “Əl İxbariya” dövlət telekanalı məlumat yayıb.
Partlayışın Homs şəhərinin cənubunda, sənaye bölgəsində baş verdiyi bildirilir. Hadisənin səbəbləri və əlavə təfərrüatlar barədə hələlik məlumat verilmir