Əxlaqsız paylaşımlar edən müəllim həbs olundu

Əxlaqsız paylaşımlar edən müəllim
Kriminal 12-02-2025 - 13:10

Sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib.

''Ajans.az'' "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü S.Səfərov (şərti) barəsində fevralın 11-də Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Saxlanılan şəxslə bağlı materiallar Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Səfərova 15 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, həbs edilən şəxs Sabunçu rayonunda yerləşən 10 saylı musiqi məktəbinin müəllimidir.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: