Evdən qızıl oğurlayan şəxs tutuldu

Hadisə
18-02-2025 - 11:12
Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ajans.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı Musa Hüseynov saxlanılıb.
Faktla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Mövzular:
Oxşar xəbərlər
Futbol matçından sonra DƏHŞƏTLİ İNSİDENT: 100-lərlə insana atəş açıldı - Ölənlər var
Hadisə04:32 / 20-10-24