Evdə siqaret çəkən kişi yanaraq ölüb
Xaçmazda 56 yaşlı kişi yanaraq ölüb.
Ajans.az xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndində baş verib.
Beləki 1969-cu il təvəllüdlü Əziz Vəlixanov uzanarkən çəkdiyi siqaretin kötüyünün yerə düşməsi yanğına səbəb olub.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırılma aparılır.