Bakıda evdən 10 min manatlıq OĞURLUQ

Bakıda evdən 10 min manatlıq
oğurluq
Hadisə 06-12-2024 - 12:57

Binəqədi rayonunun Görədil kəndində yerləşən evlərin birindən oğurluq olub.

Ajans.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 000 manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

PAYLAŞ: