Lerikdə qar uçqunu - 20-yə yaxın kəndlə əlaqə kəsildi

Lerikdə qeyri-sabit hava şəraiti qar uçqununa səbəb olub.
Ajans.az xəbər verir ki, cənub bölgəsinə yağan güclü qar yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Lənkəran-Lerik magistralı açıq olsa da, ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.
Rayonun Lerik-Hamarat-Vijaker yolunda isə qar uçqunu baş verib, yaxın kəndlərə gediş-gəliş çətinləşib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, yolun qardan təmizlənməsi işlərinə başlanılıb.
Hazırda bölgədə günəşli hava müşahidə edilir. (AzərTac)