Əsədin devrilməsi Rusiya üçün uğursuzluqdur - KİV

Əsədin devrilməsi Rusiya üçün uğursuzluqdur -
Makron, Tramp
Siyasət 11-12-2024 - 12:03

Fransa lideri Emmanuel Makron ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa işarə edib ki, Suriya lideri Bəşər Əsəd rejiminin devrilməsi Rusiya üçün uğursuzluqdur və yalnız ona qarşı təzyiqləri artırmaq üçün bir səbəbdir.

Ajans.az xəbər verir ki, “Reuters” bu barədə məlumatlı yüksək vəzifəli mənbəyə istinadən məlumat verib.

“Suriya prezidenti Bəşər Əsədin sürətlə devrilməsi onun yaxın müttəfiqi Rusiya üçün uğursuzluqdur. Bu, gələcək sülh səylərində Moskvaya qarşı daha sərt mövqe nümayiş etdirməsi üçün arqument kimi istifadə edilib”, - agentlik mənbədən sitat gətirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin hazırkı prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı postunu tərk edən Əsədin ədalət qarşısında cavab verməsini istəyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: