Ermənistan prezidenti xəstəxana xəbərini təkzib etdi

Ermənistan prezidenti xəstəxana xəbərini
Gündəm 11-11-2024 - 23:25

Ermənistan prezidenti Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Ajans.az xəbər verir ki, o, bu barədə "Sputnik Armeniya" ilə söhbətində bildirib.

Prezidentin sözlərinə görə, o, belə məlumatları kimin və nə üçün yaydığını başa düşmür.

"Əgər onların məqsədi özlərinə maraq yaratmaqdırsa, bunun başqa yolları da var. Bu şayiələrin müəllifləri yalnız mənim ailəsimi və dostlarımı narahat etdilər. Xəstəxanaya kimin aparıldığını bilmirəm, amma bu, mən deyiləm. Belə dezinformasiya yayanlara da cansağlığı arzulayıram", - dövlət başçısı əlavə edib.

PAYLAŞ: