Emin Əmrullayev: Repetitorluq fəaliyyəti tədricən ləğv ediləcək

Emin Əmrullayev: Repetitorluq fəaliyyəti tədricən
Repetitorluq
Gündəm 06-02-2025 - 16:17

Repetitorluğun birdən-birə ləğvi mümkün deyil.

Ajans.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.

"Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək".

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: