Elxan Məmmədova yüksək vəzifə verildi
Bu ilin dekabrın 2-dən BP şirkətin hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə Elxan Məmmədov təyin edilir.
Ajans.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Bildirilib ki, yeni vəzifəsində E. Məmmədov BP-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq. O, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrelin rəhbərliyi altında BP-nin London ofisində çalışacaq.
Hazırda E. Məmmədov BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. Bu vəzifədə E. Məmmədov son bir neçə ildir ki, AGT regionunda BP-nin bütün hasilat işlərinə rəhbərlik edir.