Xankəndidə, mənzildə nazirlik əməkdaşının meyiti tapıldı

Xankəndidə, mənzildə nazirlik əməkdaşının
Gündəm 23-12-2024 - 23:49
 241

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov vəfat edib.

Ajans.az xəbər verir ki, o, Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında dünyasını dəyişib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, N.Həsənov bir neçə gündür ki, özünü narahat hiss edirmiş.

Meyit müayinə üçün morqa aparılıb. Tibbi ekspertizanın nəticələrindən sonra ölümün səbəbi açıqlanacaq.

Qeyd edək ki, Nəcəf Həsənov Təhsil İdarəsinin Xocalı rayon sektorunda aparıcı məsləhətçi kimi çalışırdı. 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: