"Əl-Cəzirə"nin operatoru Qəzzada həlak oldu
İsrail ordusunun Qəzzaya zərbələri nəticəsində “Əl-Cəzirə” telekanalının operatoru Əhməd əl-Luh həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə sözügedən telekanalın məlumatında deyilir.
Bildirilib ki, Əl-Luh Nuseyrat qaçqın düşərgəsində vəziyyəti işıqlandırarkən atəşə məruz qalıb.
Hücum nəticəsində həmçinin daha 5 mülki müdafiə xidmətinin əməkdaşı həyatını itirib.