Ebru Gündəşin qızı 13 yaşında milyonçu oldu
Türkiyənin məşhur sənətçisi Ebru Gündəş qızı Alaranın gələcəyini təmin etmək üçün böyük sərmayə yatırıb.
Ajans.az xəbər verir ki, Ebru Gündəşin uzun müddətdir tikdirdiyi əkiz malikanələr indi 13 yaşlı Alaranın adına keçib. Boğaziçi mənzərəli və 250 milyon lirə dəyərində olan bu mülk artıq gənc Alaranın mülkiyyətindədir.
Məlumata görə, Ebru Gündəş hazırda Dubayda yaşayır, lakin Türkiyəyə səfərləri zamanı Acarkənddəki lüks villanı kirayələyir. Bu villanın aylıq kirayə haqqı 17 min dollar təşkil edir.