Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir araya gəldi - FOTOLAR

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir araya gəldi -
Ginnes
Maraqlı 21-11-2024 - 18:46

Dünyanın ən uzun qadını Rumeysa Gelgi və dünyanın ən qısaboylu qadını Cyoti Amge ilk dəfə qarşılaşıblar.

Ajans.az xəbər verir ki, Karabükün Safranbolu rayonunda yaşayan və 2 metr 15 santimetr boyu ilə "dünyanın ən uzun qadını" olan Rumeysa Gelgi və 62.8 sm ilə "Dünyanın ən qısa qadını" ünvanına sahib olan hindli aktrisa Jyoti Amge Ginnesin Rekordlar Günü çərçivəsində ilk dəfə bir araya gəlib. 

27 yaşlı Gelgi və Amge İngiltərənin paytaxtı Londonda bir oteldə görüşərkən saat 5-də çay süfrəsi arxasında həyat hekayələrini və təcrübələrini bölüşüblər. İkili kitabın 70 illik yubiley nəşrində “Ginnesin Rekordlar Kitabının İkonları” kimi təltif edilib.

Rumeysa Gelgi “Jyoti ilə görüşmək çox gözəl idi. Boy fərqimizə görə bəzən göz təması qurmaqda çətinlik çəkirdik, amma bu, əla idi. Bizim ortaq şeylərimiz var. "İkimiz də makiyaj etməyi, şəxsi baxım etməyi və dırnaqlarımıza qulluq etməyi sevirik" deyib.

Jyoti isə bu ifadələri işlədib:

“Mən yuxarı baxmağa və məndən uzun insanları görməyə öyrəşmişəm, lakin bu gün başımı qaldırıb dünyanın ən uzun qadınını görməkdən çox xoşbəxt oldum. Rümeysə ilə tanış olmaqdan çox məmnun oldum, o, çox gözəldir və onunla danışarkən özümü çox rahat hiss etdim”.

“Weaver” Sindromundan əziyyət çəkən Rumeysa Gelgi 2014-cü ildə "dünyanın ən uzun yaşayan gənc qızı", 2021-ci ildə "dünyanın ən uzun yaşayan qadını", "ən uzun barmaqlı qadın" kimi Ginnesin Rekordlar Kitabına layiq görülüb.

"Axondroplaziya" adlı sümük böyüməsi pozğunluğu olan hind aktrisası Cyoti Amge "ən qısa boyla ömür sürən aktrisa" və "yaşayan ən qısa boylu qadın" titullarının sahibi olaraq adını Ginnesin Rekordlar Kitabına yazdırıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: