Dünyaca məşhur alim 110 yaşında vəfat edib
Dünyaca məşhur türk şumeroloq Muazzez İlmiyə Çığ 110 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, 1914-cü il təvəllüdlü akademik ötən gün Mersində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki,o, İstanbul Arxeologiya Muzeyində məşhur alim Samuel Kramerlə birlikdə 75.000 Şumer gil lövhəsinin bərpası və tərcüməsi üzərində işləmişdir. Eləcə də Samuel Kramerin "Tarix Şumerdən başlayır" kitabını türkcəyə çevirmiş və türk oxucuları üçün bir çox populyar elmi əsər yazmışdır.