Donald Tramp Ukrayna üzrə xüsusi elçi təyin edib
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi elçisini təyin edib.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” üç mənbənin açıqlamasına əsasən məlumat yayıb.
Bu, keçmiş vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri, general-leytenant Keyt Kelloqdur.
Qeyd olunur ki, Kelloqun namizədliyi hələ təsdiqlənməyib.