Dekabrın 3-ü bu insanlar üçün RİSKLİDİR - XƏBƏRDARLIQ
Dekabrın 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ajans.az -a verilən məlumata görə, Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilirki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Ürək-damar və bronxial astma xəstəliklərindən əziyyət çəkən insanlar bu cür havalarda xüsusilə diqqətli olmalıdır. Məcbur qalmadıqca evdən çölə çıxmamalıdır.