Dəhşətli qəza: Vəzifəli şəxs ÖLDÜ

Dəhşətli qəza:
Hadisə 18-10-2024 - 07:26
 57

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov "Azərışıq" ASC-ın Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

PAYLAŞ: