Daşkəsən sakini sirkə turşusundan zəhərləndi

Daşkəsən sakini sirkə turşusundan
Gündəm 28-02-2025 - 08:37

Daşkəsəndə 38 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

Ajans.az xəbər verir ki, hadisə Daşkəsən şəhərinin Tofiq İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Ş. Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona yardım edilib.

38 yaşlı kişinin vəziyyətinin orta ağır olduğu bildirilir.Onun hansı səbəbdən zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: