Daha bir Hizbullah komandiri öldürüldü!

Daha bir Hizbullah komandiri
Hizbullah
Dünya 04-11-2024 - 08:30

İsrail hərbçiləri Hizbullah şiə təşkilatının silahlı qanadının səhra komandirini öldürüb.

Ajans.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Ordunun mətbuat xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Baraşit kəndi ərazisinə zərbələr endirib və bu məntəqənin komandiri Əbu Əli Ridi öldürüb. İDF-nin məlumatına görə, Rid İsrail əsgərlərinə raket hücumlarının planlaşdırılması və icrasına cavabdeh olub və Hizbullah yaraqlılarının terror fəaliyyətlərini idarə edib.

Departament həmçinin bildirib ki, İsrail hərbçilərinin Livanın cənubunda məqsədyönlü reydləri davam edir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: