Dağlıq rayonlarda 12 dərəcə şaxta var - FAKTİKİ HAVA

Gündəm
03-02-2025 - 05:40
Fevralın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Leyla və Arzu Əliyeva ICESCO-nun regional ofisinin açılışını etdilər - FOTOLAR
Gündəm21:16 / 29-04-25