Cübbəli Ahmet Hoca qızının Galendewagenlə qayda pozmasından danışdı

Türkiyənin məşhur cübbəli Ahmet Hocası Okal Bayülgənin verilişində qonaq olarkən maraqlı anlar yaşanıb.
Ajans.az xəbər verir ki, Okan ona qızının bahalı maşınla qaydaları pozması barədə sual verib. Hoca isə bu barədə çox məlumatlı olmadığını bildirib:
" Mən bu məsələləri elə də anlamıram. Qızımın həyat yoldaşı imkanlı adamdır, gəmi emalı zavodu var. Amma qazandıqlarının da zəkatını verən biridir. Qızımın elədiyi əlbəttə yalnışdır. Qaydanı pozmaq olmaz, lakin o cəzası nədirsə ödəyib. Maşının qiyməti barədə isə çox da məlumatlı deyiləm. Mən illərdir həyatımı balaca bir avtobusla keçirən biriyəm. Bütün Türkiyəni həmin köhnə maşınla gəzmişəm".
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram