COP-29-un keçiriləcəyi ərazinin mühafizəsini onlar həyata KEÇİRƏCƏK - FOTO
Bakıda COP-29-un keçiriləcəyi ərazini mühafizəsini BMT-nin xüsusi "Security"ləri həyata keçirəcək.
Ajans.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Qeyd edək ki, ötən gün COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev bunu jurnalistlərə açıqlamasında deyib ki, Bakı Stadionunda COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıb. Ərazi bu axşam Birləşmiş Millətlər Təşkilatına (BMT) təhvil veriləcək.
Departament direktoru bildirib ki, çox az iş qalıb:
“Bu işlər istifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsidir. Bütün infrastruktur dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda görünənlərin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.
Foto: İsgəndər Qəmbərov