Co Bayden jurnalisti təhdid etdi
ABŞ Prezidenti Co Bayden Qəzzada girov götürülənlərin azad edilməsi ilə bağlı sual verən jurnalistlə kobud şəkildə danışıb.
Ajans.az xəbər verir ki, hadisə Baydenin Ağ Evdə İsrail Prezidenti İsaak Hersoqla görüşü zamanı baş verib.
Belə ki, İsrailin “Kanal 13” televiziyasının jurnalisti ABŞ rəhbərindən “Prezident Bayden, sizcə, prezidentlik müddətinizin sonuna kimi girovlarla bağlı razılaşma əldə edə bilərikmi?” sualını verib.
Bayden isə cavabında “Siz arxanızdakı kameranın başınıza dəyməsindən özünüzü qoruya biləcəyinizdən əminsinizmi?”, deyə cavab verib.
Bu cavab sosial mediada birmənalı qarşılanmayıb.
Həmin videonu təqdim edirik:
View this post on Instagram