“Ciyəraxşamı”ndan sonra kütləvi dava - Yaralananlar var
Ucar rayonunda qohumlar arasında kütləvi dava olub.
Ajans.az xəbər verir ki, gecə saatlarında rayonun Bağman kəndində keçirilən “ciyəraxşamı” məclisindən sonra bir qrup şəxs arasında münaqişə baş verib.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, faktla bağlı Ucar RPŞ-də təhqiqat araşdırmaları aparılır. Tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.