Cinsi həyatınızı məhv edəcək vərdiş: Diqqətli olun!
Psixoterapevt Nataşa Silverman deyib ki, bir tərəfdaşın qucaqlaşma və toxunma təması üçün həddindən artıq sevgi cütlüyün cinsi həyatını məhv edə bilər.
Ajans.az xəbər verir ki, o, bu fikri “The Guardian”a müsahibəsində bildirib.
Silverman hisslərini fiziki təmasla ifadə etməyə üstünlük verən bir insanın ortağına nə qədər çox toxunsa, əlaqə üçün bir o qədər yaxşı olduğuna inandığını izah edib. Ancaq bu cür davranış yataq otağında problemlərə səbəb ola bilər deyə xəbərdarlıq etdi.