Çin vətəndaşı azərbaycanlıları aldadaraq pulunu mənimsəyib

Çin vətəndaşı azərbaycanlıları aldadaraq
Gündəm 27-11-2024 - 21:56

Vanq Tianbao adlı Çin vətəndaşının Bakıda avtomobillə təmin edəcək vədi ilə onlarla Azərbaycan vətəndaşının 10 mln ABŞ dollarından artıq pulunu mənimsədiyi iddia edilir.

Ajans.az APA-ya istinadən bildirir ki, qeyd edilən məsələ nəzarətə götürülüb. Müvafiq araşdırmaların aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilib. Hazırda zərər çəkmiş şəxslərin müraciətləri əsasında zəruri istintaq tədbirləri həyata keçirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

PAYLAŞ: