Çin Türkiyədən kəskin ŞİKAYƏT ETDİ

Çin Türkiyədən kəskin
Siyasət 08-10-2024 - 18:11

Çin Xalq Respublikası Türkiyə ilə bağlı Ümundünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

Ajans.az xəbər verir ki, Çin Türkiyənin bəzi idxal siyasətlərinin ÜTT qaydalarına zidd olduğunu bildirib. Türkiyənin Çindən idxal edilən avtomobillərə tətbiq etdiyi əlavə verginin əks-sədası davam edərkən ötən ay akkumulyatorlu hibrid avtomobillərə tətbiq edilən vergi Çinin reaksiyasına səbəb olub.

Keçən ilin iyununda Türkiyə Çindən idxal edilən bütün avtomobillərə əlavə vergilər tətbiq edib. Bundan əlavə, sentyabr ayında akkumulyatorla işləyən hibrid avtomobillər də əlavə vergiyə cəlb olunuv. Bu qaydalar Türkiyədə yüksək satış rəqəmlərinə yiyələnən Çinli istehsalçıların reaksiyasını çəksə də, Çin dövləti birmənalı olaraq hərəkətə keçib. Məsələ ÜTT tərəfindən araşdırılır. 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: