Çexiya və Rusiya münasibətləri GƏRGİNLƏŞDİ: Artıq neft alışı da DAYANDI

Çexiya və Rusiya münasibətləri GƏRGİNLƏŞDİ:
Neft
Siyasət 15-01-2025 - 09:43

Çexiya hökuməti ölkənin Rusiyadan neft tədarükündən asılılığına son qoymağa yönəlmiş layihəni tamamlamaqla öz enerji təhlükəsizliyini artırıb.

Ajans.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Əvvəllər Çexiya neftinin təxminən yarısını, yəni 4 milyon tonunu “Drujba” kəməri ilə Rusiyadan alıb.

Baş nazir Petr Fiala bildirib ki, Rusiya idxalına artıq ehtiyac yoxdur, çünki ölkə bütün neftini Qərbdən ala bilir.

Çexlər İtaliyanın TAL boru kəmərinin gücünü iki dəfə artırmaq və ildə 8 milyon metrik tona çatdırmaq üçün 1,5 milyard çex kronundan (61 milyon dollar) çox sərmayə qoyublar. Boru kəmərinin Almaniya ərazisindən keçən IKL adlı qolu Çexiyaya xidmət edir.

Xaricdən gətirilən neftin həcmi ölkənin tələbatını tam ödəyəcək. Maliyyə naziri Zbynek Stanyura bildirib ki, Orlen Unipetrol-un neft emalı zavodu bu ilin ikinci yarısından etibarən artıq Rusiya xam neftini idxal etməyi planlaşdırmır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: