Çərşənbə tonqalına yıxılan azyaşlı xəstəxanada öldü

Çərşənbə tonqalına yıxılan azyaşlı xəstəxanada
Hadisə 08-03-2025 - 11:21

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ: