Çempionlar Liqası: "Milan" qalib gəldi
UEFA Çempionlar Liqasında V turun oyunlarına start verilib.
Ajans.az xəbər verir ki, ilk oyun günündə keçiriləcək 9 görüşdən bəzisi artıq başa çatıb.
Bratislavada yerli "Slovan"la qarşılaşan "Milan" rəqibindən üstün olub. İtalyanların 3 qoluna meydan sahibləri 2 dəqiq zərbə ilə cavab veriblər - 2:3.
Bu nəticədən sonra "Milan" turnir cədvəlində 9 xalla 10-cu yerdə qərarlaşıb. "Slovan" isə heç bir xal qazanmadan sonuncu - 36-cı pillədədir.