Cəlilabadda avtomobil körpüdən aşıb, xəsarət alanlar var

Hadisə
17-03-2025 - 18:52
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az apa-ya istinadən xəbər verir ki, Uzuntəpə-Günəşli yolunda Lerik rayon sakininin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetməni itirərək körpüdən aşıb və dərəyə yuvarlanıb.
Qəza zamanı nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.