Bu sözləri ƏSLA İŞLƏTMƏYİN!

Bir çox insan həyatda xoşbəxt yaşamağın yollarını axtarır. Əslində isə düşüncə tərzini dəyişməklə bunu təmin etmək mümkündür.
Ajans.az xəbər verir ki, psixoloqlar bəzi sözləri həyatımızdan çıxararaq xoşbəxt olmağın mümkün olduğunu bildirir.
Həmin sözlər bunlardır:
Sənə nifrət edirəm – Nifrət sözünü lüğətinizdən tamamilə çıxarın. Əgər birisi sizi narahat edirsə, duyğularınızı fərqli şəkildə dilə gətirə bilərsiniz.
Ölmək istəyirəm – Zarafatyana olsa belə bu sözdən istifadə etməyiniz doğru deyil. Əgər depressiyadasınızsa və ölmək istəyirsinizsə bunun üçün psixoloq dəstəyi almalısınız. İntihar heç nəyin çarəsi deyil.
Edə bilmərəm – Həyatınızda hər şeyi edəcəyinizi düşünün. Bu tamamilə baxış tərzindən asılıdır. İstedadınıza güvənməlisiniz.
Həyat mənasızdır – Əslində isə həyatı mənalı etmək sizin əlinizdədir.
Çirkinəm – Düşünün ki hər kəsin gözəllik anlayışı fərqlidir. Sizin çəkici başqa xüsusiyyəti vardır. Görüşünüz haqqında narahat olmayın.