Bu şəhərdə hamı bir binada YAŞAYIR
ABŞ-ın Alyaska ştatının Uitter şəhəri qeyri-adiliyi ilə seçilir. Bu şəhərin əhalisi Valdiz-Kordovadan köçürülüb
Ajans.az xəbər verir ki, şəhər Kenay yarımadasının şimal-şərqində, Vilhelm körfəzinin sahilində yerləşir. Şəhərin ərazisi 51 km2-dir.
Bunun 32.4 km2 quru sahə, 18.6 km2 isə ərazi sularıdır.Şəhərin qeyri-adiliyi odur ki, şəhərin ümumilikdə 220 nəfər əhalisi var və nə qədər qəribə səslənsə də, bütün şəhər əhalisi 14 mərtəbəli keçmiş hərbi yataqxana binasında yaşayır.