Bu ölkədə güclü zəlzələ oldu

İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 101 min insanın yaşadığı Ternate şəhərindən 99 kilometr şimal-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.