Bu məhsullar bizi ZƏHƏRLƏYİR
Gündəlik istifadə etdiyimiz bəzi məhsullar sağlamlığımız üçün olduqca təhlükəlidir. Belə ki, fərqində olmadan evimizə aldığımız bu məhsullar hər saniyə bizi zəhərləyir.
Bu sözləri məşhur türk diyetoloq Ərsin Özdəmir qatıldığı bir proqramda dilə gətirib.
O, aparıcının “Fərqində olmadan evimizə aldığımız zəhərlər hansılardır?” sualına belə cavab verib:
“Əslində zəhərli çox məhsul var. Amma ən çox tefal tava və qazanlar, ətirli yuyucu vasitələr bu siyahının başında gəlir. Adıçəkilən məhsulların xərçəng yaratdığına dair çoxlu araşdırmalar var. Xanımlar yuyucu tozları qoxlayıb nə gözəl ətirlidir deyirlər. Amma yanılırlar, o gələn ətir yox xərçəng qoxusudur. Eləcə də son zamanlar geniş yayılmış fritozlar (airfryer) da bizi ən çox zəhərləyən məhsullar sırasındadır”.