Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR - RƏSMİ

Bu ərazidə yaşayanlara metro ilə bağlı
Metro
Cəmiyyət 12-10-2024 - 16:55
 2355

Bənövşəyi xəttin "B-04" layihə adı ilə tanınan stansiyasının nə zaman açılacağı ilə bağlı hələki dəqiq məlumatlar yoxdu. Məlumata görə, hal-hazırda bu stansiyanın tikinti işləri sürətlə davam edir. Bənövşəyi xəttin ən önəmli hissələrindən biri olan bu stansiya “Bakı metropoliteni”nin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mənzi mənbələrv tikinti işlərinin yekunlaşması ilə stansiyanın açılışı yaxın bir il, il yarım ərzində baş tuta biləcəyini bildirir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Ajans.az-a açıqlamasında bildirib ki, Bakı metropoliteninin genişləndirilməsi istiqamətində görülən işlər sürətlə davam edir:

“Bu stansiyanın nə zaman istifadəyə veriləcəyini demək hələki çətindir. Tikinti işlərinin cari vəziyyəti nəzərə alındıqda, stansiyanın açılışı müəyyən zamanda baş tuta bilər. Layihə çərçivəsində tunel qazma işləri, platformaların inşası və texniki avadanlıqların quraşdırılması intensiv şəkildə aparılır. Müasir texnologiyalardan istifadə edilməsi layihənin daha sürətlə və keyfiyyətli şəkildə həyata keçirilməsinə imkan yaradır”.

Qurum rəsmisi deyib ki, metroya aid olan xüsusi mühəndislik həlləri və yüksək təhlükəsizlik standartları da bu tikinti prosesinin əsas hissəsidir: Həm sərnişin axınına uyğun genişliyi, həm də rahatlığı təmin etmək üçün müasir memarlıq elementləri istifadə olunur. Stansiyada yeni eskalatorlar, liftlər və sərnişinlər üçün rahat keçidlər quraşdırılacaq. Əlilliyi olan şəxslərin hərəkətinə uyğun infrastrukturların yaradılması da nəzərdə tutulub”.

Qeyd edək ki, Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: