Böyük derbi- QALİB KİM OLACAQ?
![Böyük derbi- QALİB KİM OLACAQ?](https://ajans.az/uploads/images/202502/image_940x_67aca55a38284.webp)
Türkiyə Süper Liqasının 25-ci həftəsindəki "Qalatasaray" - "Fənərbağça" derbisinin tarixi açıqlanıb.
‘’Ajans.az’’-ın xəbərinə görə, maraqla gözlənilən qarşılaşma 24 fevral bazar ertəsi günü oynanılacaq.
Qeyd edək ki, "RAMS Park"da keçiriləcək görüş yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlayacaq.
Belə olduğu təqdirdə futbol azarkeşlərini bir sual maraqlandırır. Derbidə qalibiyyət kimin olacaq?
Keçiriləcək oyunla bağlı fikirlərini şərh edən idman jurnalisti Mehman Süleymanov ‘’Ajans.az’’-a bildirib ki, "Fənərbaxça"-"Qarabağ" derbisi uzun illərdir böyük maraqla izlənilən matçlardan biridir:
‘’Doğrudur, Türkiyədə digər "İstanbul nəhəng"-ləri də var. Hər bir halda "Qalatasaray"-"Fənərbaxça" ən öndə olan derbilərdən biridir. Nəinki Avropa, dünya derbiləri içərisində özünəməxsus yer tutur. İndiki halda "Qalatasarayı" daha şanslı hesab edirəm. Çünki həmin komanda "Super Liqanın" lideridir. Aradakı fərqi azaltmaq üçün "Fənərbaxça"-nın qələbə çalması çox vacibdir. "Qalatasaray isə qalib olduğu təqdirdə xal fərqini xeyli artıraraq özlərini rahat hiss edəcəklər. "Qalatasaray" öz meydanında oynayır. "Qalatasaray" ilk dövriyyədəki matçda da "Fənərbaxça"-ya öz gücünü göstərdi. Beləki 3-1 hesabıyla qələbə qazandılar. Burada Jose Mourinho amili də var. Təcrübəli portuqalıyalı mütəxəssis İstanbul derbisində qələbə qazanmaq istəyi böyükdür. Hər iki komandanın ətrafında güclü futbolçular var. Bütün bu məqamları nəzərə alsaq, maraqlı oyun keçəcəyindən əminəm. Fikrimcə, qələbə 60-ın 40-a faiz etibari ilə "Qalatasaray"-ın xeyrinə olacaq".