BOK prezidenti istefa verdi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib
Ajans.az xəbər verir ki, bu haqda komitənin saytında bildirilir.
Belə ki, istefa BOK-un İcraiyyə Şurası tərəfindən qəbul edilib. Qərar iyunun 23-dən sonra qüvvəyə minəcək və səlahiyyətlər BOK-un yeni rəhbərinə veriləcək.
71 yaşlı Bax 1991-ci ildən BOK-un üzvüdür və 2013-cü ildə BOK-un prezidenti seçilib. O, 2021-ci ildə yenidən dörd illik müddətə seçilib.
Qeyd edək ki, Komitənin prezident seçkiləri 2025-ci ilin martında Yunanıstanda keçiriləcək.