BMT: 2024-cü il uşaqlar üçün ən pis illərdən biridir

Hər altı uşaqdan biri və ya təxminən 473 milyon uşaq müharibə zonasında yaşayır.
Ajans.az xəbər verir ki, müvafiq məlumat BMT-nin Uşaq Agentliyinin (UNICEF) saytında yerləşdirilib.
“2024-cü il UNICEF-in tarixində münaqişəyə tutulan uşaqlar üçün həm təsirə məruz qalan uşaqların sayına, həm də onların həyatına təsirinə görə ən pis illərdən biri olub”, - deyə agentlik bildirib.
Əlavə olaraq bildirilir ki, 1990-cı illərlə müqayisədə bu rəqəm iki dəfə artıb. Xüsusilə, 30 il əvvəl uşaq əhalisinin təxminən 10 faizi münaqişə zonalarında idisə, indi bu rəqəm təxminən 19 faiz bəndi təşkil edir.