Bir NATO ölkəsi Ukraynaya qoşun yeritməyə İCAZƏ VERDİ

Silahlı münaqişə başa çatdıqdan sonra İsveç qoşunlarının Ukraynaya göndərilməsi müəyyən şərtlər daxilində mümkündür.
Ajans.az xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson deyib.
"Biz bu müzakirələrdə iştirak edəcəyik və əlbəttə ki, bu, tamamilə mümkündür", - hökumət başçısı bildirib.
Eyni zamanda, Kristersson vurğulayıb ki, belə bir missiyada iştirak etmək “bu qüvvələr üçün aydın mandat” tələb edir və bu, yalnız danışıqların uğurlu olacağı təqdirdə mümkün ola bilər. Eyni zamanda, o, belə qoşunların formalaşmasına indidən başlaya biləcəyini qeyd edib.