Bir ailədə 6 nəfər dəm qazından zəhərləndi

Bir ailədə 6 nəfər dəm qazından zəhərləndi
Hadisə 25-02-2025 - 09:19

Biləsuvarda evdə dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: