Azərbaycanda toya və yasa gedən avtomobillər toqquşdu - Xeyli sayda ölən və yaralılar var

Azərbaycanda toya və yasa gedən avtomobillər toqquşdu -
qəza
Hadisə 28-12-2024 - 07:11
 9238

Bu gün səhər saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvarın Arazbari kəndi yaxınlığında ağır yol qəzası baş verib.

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında üç nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı dəqiqləşib.

Bu barədə DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan Ajans.az-a cavab olaraq bildirilib.

Qeyd edilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, səkkiz nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma davam etdirilir.

PAYLAŞ: