Bıçaqla hücum nəticəsində bir nəfər həlak oldu, iki polis əməkdaşı yaralandı

Fransanın şərqində, Müluz şəhərində terror təhdidi siyahısında olan 37 yaşlı bir şəxs insanlara bıçaqla hücum edib.
Ajans.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, iki polis əməkdaşı isə ağır yaralanıb. Hücumçu saxlanılıb və hakimiyyət orqanları hadisəni mümkün islamçı terror aktı kimi araşdırır.